Çinarlı Parkdan Mənzil almağın üstünlükləri.

20 fevral 2022

"Çinarli Park" Yaşayış Kompleksi sizə şəhərin mərkəzində rahat yerləşmə ilə əlçatan mənzillər təklif edir. “Çinarlı Park”dan mənzil almağın 5 üstünlüyünü sizə qeyd edirik.

  1. Əlverişli yerləşmə.
  2. Kompleks Dərnəgül metrosuna piyada 9 dəqiqəlik məsafədə yerləşir, kompleksin yanından şəhərin müxtəlif istiqamətlərə hərəkət edən avtobus dayanacaqları mövcuddur.

  3. Geniş avtomobilsiz həyət.
  4. Kompleksin həyətində sakinlərin rahatlığı üçün bütün imkanlar təmin edilmişdir. Avtomobilsiz geniş və yaşıl həyətdə sakinlərin asudə vaxtlarını keçirə bilməsi üçün bütün ailə üzvləri üçün infrastruktur mövcuddur: yaşıl park ərazisi, uşaqlar üçün oyun meydançaları, kafe-restoranlar, supermarket futbol meydançası və s. Binanın iki mərtəbəli yeraltı avtodayanacağı bütün sakinlərə rahatıqla avtomobillərini təhlükəsiz şəraitdə park etməklərinə imkan yaradır.

  5. Sərfəli ödəmə imkanları.
  6. “Çinarlı Park”da mənzil sahibi olmaq çox rahatdır. İstər nəğd, istər 30 faiz ilkin ödəniş ilə 36 aya qədər faizsiz daxili kredit, istərsə də 22 ilə qədər, 20 faiz ilkin ödəniş və 9 faiz illik faiz dərəcəli ipoteka ilə mənzillərə sahib ola bilərsiniz.

  7. Müxtəlif mənzil seçimləri imkanı.
  8. Yaşayış Kompleksi 2-i 16, 4-ü 9 mərtəbəli olmaqla ümumilikdə 6 binadan ibarətdir. Kompleksdə istəyinizə uyğun mənzil planı tapmağınız münkündür. 45.69 kvadrat metrdən 146.27 kvadrat metrə qədər dəyişən 1,2,3 və 4 otaqlı mənzillərdən müxtəlif mənzillərdən seçim edə bilərsinzin.

  9. Zövqünüzə uyğun təmir seçimi.
  10. Mənzillər müştərinin zövqünə və seçiminə uyğun olaraq təmirli və təmirsiz olaraq təklif edilir. Mənzillərin təmirini, istifadə ediləcək materialları öz zövqünüzə uyğun seçə bilərsiniz. İstər təmirli, istərsə də təmirsiz halda mənzilləri əlverişli ipoteka şərtləri ilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumat üçün (+99450) 500-53-35 ilə əlaqə saxlaya və ya satış mərkəzimizə müraciət edə bilərsiniz